Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bakıda daha bir kişi binadan yıxılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bir neçə saat əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
67 yaşlı Məhəmmədov Fəxrəddin Nəcəfəli oğlu binanın 6-cı mərtəbəsində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq, ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün paytaxtın Suraxanı rayonunda da 82 yaşlı kişinin binadan yıxılaraq, ölməsi barədə xəbər vermişdik.