Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda gənc oğlanı qatar vurub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Bakupost.az-a verilən məlumata görə, hadisə ötən gün saat 11:13-də Nərimanov-Böyükşor sahəsində baş verib. Hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəfil adam çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama həyata keçirilsə də, məsafə az olduğundan qəza qaçılmaz olub. Nəticədə ağır xəsarətlər alan 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev ölüb.