Bakıda DƏHŞƏT: Kişi 8 yaşlı qızını 10cu mərtəbədən atmaq istədi

05.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ata özünü və azyaşlı qızını eyvandan atmağa cəhd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"un "Telegram" kanalından məlumat yayılıb.

Məlumata görə, dekabrın 4-ü saat 13 radələrində əvvəllər qeyri-qanuni maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunan 1991-ci il təvəllüdlü Elnur Əli oğlu Şalıyev yaşadığı evin eyvanından (10-cu mərtəbə) özünü və 2016-cı il təvəllüdlü qızını atmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən bu cəhdin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью