Bakıda dəhşətli qətl: Mübahisə can aldı

21.08.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, ilkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью