Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.News24.az Report-a istinadən xəbər verir ki, minik və yük avtomobilləri toqquşub.Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.***Bakıda Böyükşor gölü yaxınlığında baş verən qəzada 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.İlkin məlumata görə, "Mersedes" markalı yük maşını ilə "Volksvagen" markalı minik avtomobili toqquşub.Faktla bağlı araşdırma aparılır.***TƏBİB Bakıda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.