Bakıda dəhşətli qəza: Həlak olanlar və çox sayda yaralılar var

23.04.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью