Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza oktyabrın 28-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-YH-386 dövlət nömrə nişanlı “Lada Granta” markalı avtomobil yük maşınına çırpılıb.
Toqquşma nəticəsində minik avtomobilinin ön hissəsi yük maşınının altında qalıb və avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə ağır bədən xəsarətləri alıb.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin