Bakıda DƏHŞƏTLİ QƏZA: Motosiklet sürücüsü gənc qadını vurdu

07.03.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qəza baş verib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, qəza zamanı motosiklet sürücüsü piyada keçidindən keçən gənc qadını vurub.

Hadisə nəticəsində qadın ağır xəsartələr alıb. Zərbədən ağır yaralanan qadın yerdə hərəkətsiz vəziyyətdə qalıb. Hadisə şahidlərinin sözlərinə günah motosiklet sürücüsündə olub.

Hazırda hadisə yerinə təcili yardım və polis çağırılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью