Bakıda dəhşətli qəza: Ölənlər var YENİLƏNİB

23.04.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lökbatanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

"Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.

İstintaq araşdırması aparılır"- deyə o əlavə edib.

XXX

20:30

Bakıda qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lökbatan ərazisində baş verib.

Qəza nəticəsində xeyli sayda şəxs xəsarət alıb.

Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib./Trend

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью