Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 27-də saat 02:50 radələrində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini 1991-ci il təvəllüdlü Elvin Razi oğlu Babaşzadənin idarə etdiyi 99-GC-972 dövlət nömrə nişanlı “Daewoo Gentra” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Zərbənin təsirindən maşın əzilərək tamamilə sıradan çıxıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - İmişli rayon sakini 1997-ci il təv
Onlar yaxınlıqda olan vətəndaşların köməyi ilə çətinliklə çıxarılıb.
Sürücü hadisə yerində keçinib, ağır bədən xəsarətləri alan sərnişin isə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir. Nərmin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.