Bakıda DƏHŞƏTLİ yanğın başladı

14.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakının Xəzər rayonu, Qala qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Hadisə barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, alov qısa müddətdə geniş əraziyə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hazırda alovun lokallaşdırılması və tam söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib. (nocomment.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью