Bakıda dələduzluq edən şəxslər saxlanılıb

04.12.2024

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakıda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Bakının Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 55 yaşlı Ə.Nəcəfov, 45 yaşlı F.Gülmirzəzadə və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Onların 6 nəfərin ümumilikdə 33 min 980 manat pulunu və 2 min manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью