Bakıda dəmiryolu stansiyasından çürümüş meyit TAPILDI: 1 ay əvvəl ölübmüş...

21.08.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda dəmiryolu stansiyasının ərazisindən çürümüş meyit tapılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə ərazisindəki dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb. Meyitin təxminən 50 yaşlarında şəxsə məxsus olduğu bildirilir.

Məlumata görə, həmin şəxsin 1 ay əvvəl öldüyü ehtimal edilir. Buna görə də meyitdə çürümə prosesi gedib və pis qoxu olub. Ərazidə meyiti tapanlar dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью