Bakıda dənizdə batan qadın müəllim imiş

30.06.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasova Kəlbəcər rayon 84 saylı orta məktəbin tarix müəllimi olub.

Bildirilib ki, R.Abbasovanın şagirdləri ali məktəblərə yüksək balla qəbul olunub.

Qeyd edək ki, ölüm faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью