Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dərnəgül" elektrik deposunun tikintisi aparılacaq ərazidən, təxminən, 464 yaşıllıq köçürüləcək".
Oxu.Az xəbər verir ki, bu "Bakı Metropoliteni" QSC tərəfindən "Dərnəgül" elektrik deposunun tikintisi zamanı ətraf mühitə təsirlərinin, o cümlədən layihə altına düşən yaşıllıqların qiymətləndirilməsi ilə bağlı ictimai dinləmədə qurumun Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəisi Aftandil Bayramov deyib.
O bildirib ki, deponun ərazisindən köçürülən yaşıllığın əvəzinə təxminən 1000-ə yaxın ağac əkiləcək.
"Ağaclar relyefə uyğun köçürüləcək və onlara qulluq ediləcək", - deyə o qeyd edib.
Aləmdə Nəsib