Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Bakıda köhnə binaya bitişik olan böyük divar uçaraq park edilən avtomobillərin üzərinə tökülüb.
Demokrat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində baş verib.
Ərazidəki təhlükəsizlik kameralarına düşən kadrlardan aydın olur ki, 4 mərtəbəli binaya bitişik olan divarın böyük bir hissəsi küləyin gücünə tab gətirməyərək uçur. Nəticədə avtomobillərə ziyan dəyir.
Məlumata görə, həmin vaxt avtomobillərdə sürücü və ya sərnişin olmayıb.
Markasının ən son modeli olan və tam yararsız hala düşən avtomobillərdən birinin sahibi Mehdi Mirişli deyir ki, yaxınlıqdakı çoxmərtəbəli binanın birinci mərtəbəsində obyekt icarə götürmək üçün nəqliyyat vasitəsini həmin ərazidə park edib. Saxladıqdan bir neçə saat sonra güclü səs eşidib və çölə çıxdıqda avtomobilinin yararsız halda olduğunu görüb:
Zərərçəkmiş onu da əlavə etdi ki, avtomobilinin könüllü sığortası yoxdur.
Sığorta məsələləri üzrə ekspertlər isə bildirirlər ki, əgər həmin nəqliyyat vasitələrinin kasko sığortası olsaydı, dəymiş zərər sürücülərə sığorta şirkətləri tərəfindən tam ödəniləcəkdi.
Ətraflı videoda: