Bakıda “Divine Art” adlı yaradıcılıq sərgisi keçirildi FOTO

24.01.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəssam və kurator Leyla Ələkbərovanın təşkilatçılığı ilə keçirilən “Divine Art” adlı rəsm sərgisi incəsənət ictimaiyyətinin diqqətini cəlb edib. Sərgidə 16 rəssamın ümumilikdə 29 rəsm əsəri nümayiş etdirilib. İştirakçı rəssamlar aktiv yaradıcılıq fəaliyyəti ilə məşğul olan sənətçilərdir və təqdim olunan əsərlər satış məqsədilə sərgilənib.

Bu sərgi eyni zamanda yeni yaradılan onlayn rəsm qalereyası platformasının ictimaiyyətə təqdim olunduğu ilk mərhələ kimi də dəyərləndirilir. Platforma yalnız peşəkar rəssamların deyil, eyni zamanda həvəskar rəssamların da əsərlərinin paylaşılmasına imkan yaradacaq və onların işlərinin daha geniş auditoriyaya çıxmasına xidmət edəcək.

Layihə çərçivəsində təşkil olunan bu tədbir artıq ikinci sərgidir. Təşkilatçıların bildirdiyinə görə, bu formatda sərgilərin gələcəkdə Azərbaycanda və Avropanın müxtəlif ölkələrində davam etdirilməsi planlaşdırılır. Məqsəd yerli və beynəlxalq incəsənət mühitləri arasında körpü yaratmaq, rəssamların tanıdılmasına və satış imkanlarının genişlənməsinə töhfə verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью