Bakıda dörd “Toyota” toqquşdu

12.12.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dörd “Toyota” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью