Bakıda dörd “Toyota” toqquşdu

12.12.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dörd "Toyota" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью