Bakıda dörd “Toyota” toqquşdu FOTO

12.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dörd “Toyota” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью