Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Yeni Suraxanı–Hövsan dəmir yolu xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizim.Media-ya bildirib ki, stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək.
Bununla yanaşı, stansiyalarda piyada keçidlərinin, avtomobil yolları ilə kəsişmə nöqtələrində isə müxtəlif səviyyəli körpülərin inşası nəzərdə tutulur.
Alçina Amilqızı, Bizim. Media