Bakıda dost məclisi faciə ilə bitdi

02.12.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhəri Abşeron rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

News24.az xəbər verir ki, titul.az-a verilən xəbərə görə, hadisə Bakı-Sumqayıt şosesinin 17-ci kilometrliyində yerləşən "Dream City" yaşayış kompleksində qeydə alınıb. 

Saytın əldə etdiyi məlumata görə, kompleksin 7-ci Blok, 9-cu mərtəbəsində yaşayan şəxs dostunu evinə qonaq dəvət edib. Dostların yeyib-içmək məclisi zamanı sözləri çəp gəlib və bıçaqlanma hadisəsi baş verib. 

Artıq əraziyə polislər cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью