Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda tanışların bir-birləri ilə zarafat etməsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 50 saylı ünvanın qarşısında baş verib.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Orxan tanışı Sübhan (adlar şərtidir – red.) ilə aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə onun sifət nahiyəsindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Orxanın sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır:
“Sübhanı təxminən 1 aya yaxındır ki, tanıyıram. Onun yaşadığı binaya tez-tez qohumumgilə gəlib-gedirəm, bizim tanışlığımız oradan yaranıb. Məlum hadisə günü, təxminən saat 22:30-da Gəncə prospekti 50 saylı ünvanın qarşısında olarkən Sübhan ilə qarşılaşdım. Həmin vaxtı onunla görüşdüm. Bu zaman Sübhan mənimlə zarafat etməyə başladı. Sübhanın zarafatı xoşuma gəlmədi və bu barədə ona iradımı bildirsəm də, aramızda şəxsi münasibətlər zəminində mübahisələrimiz yarandı. Mübahisə vaxtı yumruğum ilə Sübhanın sifət nahiyəsindən vurdum. Sonra həmin yerdən uzaqlaşdım”.
Xətai Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti 50 saylı ünvanın qarşısında baş verib.