Bakıda dostunu öldürmək istəyənə HÖKM OXUNDU

24.01.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Xəzər rayonunda tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Nağı Quliyevə hökm oxunub.

Lent.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Nağı Quliyev aralarında yaranmış mübahisəs zamanı tanışı Əlisakit Məmmədova bıçaq zərbəsi vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью