Bakıda dövlət qurumlarında iş saatları dəyişir Sentyabrın 15 dən başlayır

14.09.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

Bakı şəhərində vəətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə 2026-cı ilin sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə dəyişkən iş qrafiki tətbiq olunacaq.

Bu barədə Marja.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək.

İş elanları AzVak.az-da

Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinəəsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.

Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinəəsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində vəətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.

 Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью