Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bakıda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Q.Məmmədov küçəsində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Bəhlul birgə yaşadıqları mənzilində həyat yoldaşı Humay (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı arvadını qəsdən əl zərbələri ilə sifət və baş nahiyələrindən vuraraq onu döyüb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Xətai Rayon Məhkəməsində aparılan araşdırmalar zamanı həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində barışdıqlarını elan ediblər. Zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü açıqlayıb.
Bu səbəbdən hakim Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Q.Məmmədov küçəsində baş verib.