Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib

07.11.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 7-də son mərhələ olan döyüş açılışı növü üzrə yarışlar keçirilib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında döyüş açılışı növündə komandalar arasında I yeri Qazaxıstan Respublikası, II yeri Monqolustan, III yeri isə Özbəkistan Respublikasının komandası tutub.

Qadınlar arasında I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.

Qalib və mükafatçılara medalları Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib. Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью