Bakıda dumanın yaranma səbəbi açıqlandı

03.11.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə Gununesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

“İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır”, məlumatda deyilir.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью