Bakıda dünəndən yağan qarın təmizlənməsi həyata keçirilir | Icma.az
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhərində şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verib Bildirilib ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir.
"Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılı", - məlumatda qeyd olunnub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu