Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bakıda keçiriləcək Dünya cüdo çempionatı üçün artıq 82 ölkə idmançıları qeydiyyatdan keçib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu rəqəmin 90-ı keçəcəyi gözlənilir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də Bakıya gələcək.
40-dan çox ölkədən yarış üçün bilet alınıb, 200-dən çox media nümayəndəsi isə akkreditasiyadan keçib.
Qeyd edək ki, cüdo üzrə Dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ