Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov bu idman növünün inkişafına, dünya miqyasında tanınmasına töhfə vermək üçün Assambleyada iştirak edən ölkələrin nümayəndələri ilə birgə səylə çalışacaqlarını bildirib.
Sonra Rusiya, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr futvolleydə daha çox uğura nail ola bilmək üçün dəstəklərini əsirgəməyəcəklərini bildirərək, gələcək hədəflərdən danışıblar.
Bundan sonra qurumun il ərzində gördüyü işlər, maliyyə hesabatı, yeni təqvim ilindəki hədəflər barədə məlumat verilib, oktyabr ayında Dubayda keçiriləcək Dünya Korporativ Oyunlarının təşkili haqqında müzakirələr aparılıb.
Bu gün, həmçinin yeni üzvlərin müraciətinə baxılacaq, İcraiyyə Komitəsinə və digər strukturlara seçkilər keçiriləcək.
Qeyd edək ki, Assambleyanın hər 5 ildən bir keçirilməsi nəzərdə tutulur.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov bu idman növünün inkişafına, dünya miqyasında tanınmasına töhfə vermək üçün Assambleyada iştirak edən ölkələrin nümayəndələri ilə birgə səylə çalışacaqlarını bildirib.