Bakıda Dünya Kuboku keçiriləcək

01.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Gimnastlar turnirdə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını göstərəcəklər. Ən çox icra xalını toplayan gimnast və qrup komandasına "AGF Trophy" Kuboku təqdim olunacaq.

Qeyd edək ki, yarış aprelin 18-20-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью