Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin mütləq əksəriyyəti hüquqi şəxslərin payına düşüb AZƏRTAC

13.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz artaraq 6 milyard 188 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 933,3 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 95,9 faizini təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью