Bakıda əks yola çıxan qadın sürücü elə hadisə yerində CƏZALANDIRILDI VİDEO

13.03.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda kobud qayda pozan sürücü digər hərəkət iştirakçısı tərəfindən cəzalandırılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, 99-MB-931 dövlət nömrə nişanlı “Mercedes” markalı maşının sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Lakin qayda pozan xanım sürücü hərəkətinə davam edə bilməyib. Kadrdan da göründüyü kimi, qarşı tərəfdən gələn “Toyota Prado” markalı avtomobilin sürücüsü ona yol verməyib. Şahidlərin iddiasına əsasən, xanım sürücü bir müddət sonra yenidən öz zolağına qayıdıb. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью