Bakıda əks yola çıxan skuter sürücüsü avtomobillə toqquşdu REAL VİDEO

17.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş vermiş yol qəzası anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlarda skuterlə hərəkət edən gənc oğlanın “KIA” markalı avtomobillə toqquşduğu, zərbənin təsirindən yerə yıxıldığı görünür.

Bundan sonra sürücünün nəqliyyat vasitəsini saxladığı və skuterin üzərindən keçdiyi anlar da qeydə alınıb. Qısa müddət sonra skuter sürücüsünün ayağa qalxaraq nəqliyyat vasitəsini yoldan götürüb. Hadisə nəticəsində o xəsarət almayıb.

Əraziyə dərhal polis əməkdaşı yaxınlaşaraq hərəkətin nizamlanmasını təmin edib.

Görüntülərdə həmçinin skuter sürücüsünün əks istiqamətli yolda hərəkət etdiyi və yolayrıcına növbəni gözləmədən, diqqətsiz şəkildə daxil olduğu da aydın görünür.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью