Bakıda elektrik avtobusları fəaliyyətə başladı Marşrutların SİYAHISI FOTO

25.11.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 25-i bazar ertəsindən etibarən Bakıda müntəzəm avtobus marşrutları (1, 5, 14, 21 və 88A) üzrə BYD markalı (Çin) 160 elektrik avtobusu fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə caliber.az-a “BakuBus” QSC-nin mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva bildirib.
Onun sözlərinə görə, avtobuslar üçün tam əsaslı qaraj infrastrukturu, o cümlədən elektrik doldurma məntəqələri yaradılıb.
Xatırladaq ki, yeni elektrik avtobusları ekoloji cəhətdən təmiz olmaqla yanaşı (Bakının atmosferinə zərərli emissiya sıfırdır), həm də çox rahatdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью