Bakıda elektrik avtobusları fəaliyyətə başladı Marşrutların SİYAHISI KONKRET

25.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Noyabrın 25-i bazar ertəsindən etibarən Bakıda müntəzəm avtobus marşrutları (1, 5, 14, 21 və 88A) üzrə BYD markalı (Çin) 160 elektrik avtobusu fəaliyyətə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə caliber.az-a “BakuBus” QSC-nin mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva bildirib.

Onun sözlərinə görə, avtobuslar üçün tam əsaslı qaraj infrastrukturu, o cümlədən elektrik doldurma məntəqələri yaradılıb.

Xatırladaq ki, yeni elektrik avtobusları ekoloji cəhətdən təmiz olmaqla yanaşı (Bakının atmosferinə zərərli emissiya sıfırdır), həm də çox rahatdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью