Bakıda elektrik dirəyinə çıxan şəxsi cərəyan öldürdü

03.04.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda bədbəxt hadisə baş verib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağarza Rahil oğlu Bağırov elektrik dirəyinə çıxıb.

Nəticədə onu cərəyan vuraraq öldürüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью