Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər VİDEO

17.09.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda elektriklə işləyən sərnişin avtobusunun yolda qalması sərnişinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.
İddia edilib ki, bu gün səhər saatlarında 65 nömrəli xətti üzrə hərəkət edən avtobusun elektrik enerjisi bitib. Nəticədə sərnişinlər avtobusdan düşmək məcburiyyətində qalıblar.
Oxu.az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, avtobusun enerjisi bitməyib.
"Qısamüddətli elektrik problemi yaşanıb və on dəqiqə içində həll olunub və avtobus yoluna davam edib", - deyə məlumatda bildirilib.

 

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью