Bakıda elektrikli avtobus yolda qalıb? Rəsmi AÇIQLAMA VİDEO

29.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrdə elektrik mühərrikli avtobusda texniki problem yaranması ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, sərnişinlər avtobusun enerji ehtiyatı qurtardığını iddia ediblər.

Məsələ ilə bağlı elektrik mühərrikli avtobuslara nəzarət edən "Baku Bus" şirkəti ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, 28.11.2024-cü il tarixində, eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, "BakuBus" MMC-nin "Marşrutların idarəetmə mərkəzinə" sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir hal baş verməyib:

"Sosial şəbəkələrdə yayılan video görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik. Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılmış və avtobus marşrut xətti üzrə hərəkətinə davam etmişdir. Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью