Bakıda Əməkdar müəllim yol qəzasında ölüb

24.11.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Paytaxtın Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib. SİA xəbər verir ki, Bakının Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində baş verən tol qəzası nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.

Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью