Bakıda əməkhaqqı azaldı

25.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Bakıda muzdla işləyənlərin əməkhaqqı azalıb.

Teleqraf.com Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 1251,6 manat olub. Bu yanvar-sentyabr aylarına nisbətən 1.1 manat azdır.

Ümumiyyətlə, Bakıda orta əməkhaqqının azalma trendi bir neçə aydır başlayıb. Bu ilin yanvar-iyun aylarında orta maaş 1268.7 manat, yanvar-iyul aylarında 1 267 manat, yanvar-avqust aylarında isə 1 258.9 manat olub.

Ancaq, ötən illə müqayisədə, bu ilin 10 ayında Bakıda orta əmək haqqı 7,1 faiz artaraq 1251,6 manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью