Bakıda ƏMƏLİYYAT: 4 nəfər 43 kilo narkotiklə tutuldu VİDEO

09.03.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşı növbəti əməliyyatlar keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.

Onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью