Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı

21.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью