Bakıda əməliyyat: Avtomobildən 24 kiloqram narkotik çıxdı

26.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bizim.Media Oxu.Az-a istinadən xəbər verir ki, tədbirlərlə narkotik vasitələri qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb.
Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Oxu.az)


Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью