Bakıda ər arvadını öldürdü

07.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.

F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью