Bakıda ər başqa kişidən borc istəyən arvadını bıçaqladı

15.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirlədirilən Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Əliyev 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Xəzər rayonu ərazisindəki "Ulduz" düşərgəsində baş verib. Həmin düşərgədə yaşayan R.Əliyevin həyat yoldaşı bir nəfərdən borc alıb. Həmin pulu qaytara bilmədiyi üçün qonşusu Samirdən borc pul istəyib. Bu proses bir neçə dəfə davam edib. Ruslan həyat yoldaşının dəfələrlə Samirlə danışdığını və yazışdığını görüb və bu barədə ona xəbərdarlıq edib.

Sonuncu dəfə Ruslan yenə həyat yoldaşını Samirlə danışarkən tutub və ona iki bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlayıb, R.Əliyev saxlanılıb.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью