Icma.az, Milli.az saytına istinadən bildirir. Bakıdakı məşhur "Buta Palace" sarayında 1 ay əvvəl toyu keçirilən bəy və gəlin boşanıb.
Milli.Az xəbər verir ki, bu barədə vəkil İsrafil Əlili "Facebook" hesabında paylaşıb.O bildirib ki, ər-arvadın birgə yaşadığı müddət yalnız bir ay olub.
Vəkil bu boşanma prosesində tərəflərdən birinin vəkili olub.
Vəkil bildirib ki, bəy-gəlinin "Buta Palace"dakı toyunda yalnız zalın bəzədilməsinə 100 min manatdan çox pul xərclənib:"Toyda iştirak edən müğənnilərə verilən məbləğlə Yeni Yasamalda ikiotaqlı təmirli mənzil almaq olardı.
Toy avtomobilinin 3-4 saatlıq icarə haqqı isə bir vəkilin 3-4 ay ərzində aldığı xidmət haqqından daha çox idi.
Gəlinin bəzənməsini məşhur stilist Anar Ağakişiyev edib və ona da 4 rəqəmli məbləğ ödənilib.
Ancaq nəticədə tərəflər arasında bazar qiyməti 2 min manat olan 'iPhone' telefonuna görə mübahisə yaranmışdı.
Bu prosesdə insanlıq naminə məni çox kədərləndirən mənzərələrə şahid oldum, amma nəticədə müsbət bir hal yaşandı.