Bakıda ərinin üstünə qışqıran qadın döyüldü

21.08.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsində yerləşən nömrəsiz ünvanda baş verib.
Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Təhməz həyat yoldaşı Süsənlə (adlar şərtidir – red.) mübahisə edib. O, yaşadıqları nömrəsiz ünvanda yerləşən evlərinin qonaq otağında həyat yoldaşı Süsənin onunla kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun sol qol nahiyəsinə bir dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Buna görə də zərərçəkmiş qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью