Bakıda əsən güclü külək cəmi bir nəfəri yıxa bilib

08.02.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Bakıda güclü küləklə müşayiət olunan qeyri- sabit hava şəraiti 1 nəfərin xəsarət alması ilə nəticələnib.

TƏBİB-dən bildirib ki, 07-08 yanvar 2025-ci il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə küləkli hava şəraiti nəticəsində yıxılaraq xəsarət alan 1966-cı il təvəllüdlü 1 nəfər (kişi cinsli) müraciət edib.

“Bədənin müxtəlif hissələrinin yüngül əzilməsi diaqnozu qoyulan xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Ambulator müalicə üçün evə buraxılıb”,- deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью